| Moris Meterlink |
 |
| Doğum tarixi | 29 avqust 1862 |
| Doğum yeri | Gent |
| Vəfat tarixi | 6 may 1949 |
| Vəfat yeri | Nitsa |
| Dəfn yeri | Palais Maeterlinck |
|
|
Moris Meterlink (1862–1949) — Belçika yazıçısı və dramaturqu.
A
- Ağlı inkişaf etdirən eşqdir.
- Allahın varlığını inkar etmək insanı da inkar etmək deməkdir.
- Azadlığı ilə alver edən millət hər şeyini itirməyə məhkumdur.
D
- Deyəcəyin söz susmaqdan qiymətlidirsə, de.
E
- Elmlə məşğul olmadan dünyanın sirlərini necə öyrənə bilərsən.
Ə
- Ədalətin mükafata ehtiyacı yoxdur.
- Əksər hallarda xoşbəxtliyin özü deyil, xoşbəxt olmaq bacarığı çatışmır.[1]
G
- Gələcəyimiz naminə daim əlləşib -vuruşuruq, ağlımıza da gətirmirik ki, can atdığımız gələcəyin son ucunda bizi ölüm gözləyir.
H
- Həyatda çəkilən əzabların çoxunun səbəbi lovğalıqdır.
İ
- İradəli və səbirli insan məğlub olmaz.
Q
- Qəlblərdəki ən gözəl tumurcuq eşq tumurcuğudur.
- Qızıl və gümüş təmiz suda tərəziyə çəkildiyi kimi, ruhlar da sükutla ölçülür. Danışıq sözlər yalnız qərq olduqları sükut sayəsində ağırlıq daşıyır.
S
- Sevgisiz insan baxıb görməyən kor kimidir.
- Sən eşq meydanına girəndə ağıl oranı tərk edir.
U
- Ustalıqla deyilən yalanın da gec-tez üstü açılır.
Z
- Zaman keçdikcə həyat bizə öyrədir ki, həqiqətdən başqa heç bir möcüzə yoxdur.
Mənbə
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014.